Bakı. Trend:
Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın mühümelementlərindən biri də beynəlxalq və regional təşkilatlarçərçivəsində fəaliyyətin əlaqələndirilməsidir.
Trend xəbərverir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən IIAzərbaycan–Türkiyə İnvestisiya Forumunda deyib.
"Türk Dövlətləri Təşkilatında səmərəli işbirliyimizi xüsusi qeydetmək istərdim.
Sentyabrda Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərinHökumət başçılarının/Vitse-prezidentinin ilk iclası zamanı bizdigər məsələlərlə yanaşı, həmçinin ticarət, investisiyalar,nəqliyyat, energetika və kənd təsərrüfatı kimi prioritet iqtisadisahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etdik", - Baş nazirvurğulayıb.
"Fürsətdən istifadə edərək diqqətinizə çatdırmaq istərdim ki,yeni yaradılmış formatda Hökumət başçılarının/Vitse-prezidentinikinci görüşünə 2026-cı ildə Azərbaycan ev sahibliyi edəcək.
Bununla yanaşı Türk Dövlətləri Təşkilatı çərçivəsində sənaye, elm,texnologiya və innovasiya sahələrində nazirlər səviyyəsində dialoqardıcıl şəkildə gücləndirilir. Bu xətt üzrə 2024-cü ildə İstanbuldailk iclas, 2025-ci ildə isə Bakıda ikinci iclas keçirilmişdir.
Eyni zamanda, Türk İnvestisiya Fondunun yaradılması regiondaxilində birgə investisiya təşəbbüslərinin dəstəklənməsi vəmaliyyə alətlərinin genişləndirilməsi baxımından strateji əhəmiyyətdaşıyır", - Baş nazir Əli Əsədov qeyd edib.