“Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk yaxın zamanda yenidən iş başına qayıda bilər.
İdmanxeber.az-ın məlumatına görə, ukraynalı mütəxəssis ölkə mətbuatına açıqlamasında bir neçə ölkədən təklif aldığını və tezliklə onlardan biri ilə razılıq əldə edəcəyini bildirib.
Qriqorçuk Qazaxıstanın “Aktobe” klubu ilə anlaşıb barədə yayılan xəbərləri təkzib edib.
Ukrayna mediası isə onun namizədləri arasında Qazaxıstan, Ukrayna və Azərbaycanın olduğunu yazır.
Bildirilir ki, Azərbaycan klublarından “Qəbələ” təcrübəli çalışdırıcı ilə maraqlanır və hazırkı baş məşqçi Kaxaber Sxadadzenin istefası gündəmdədir.