GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Ukraynadakı münaqişə gələn il Kiyev üçün son dərəcə əlverişsiz şərtlər altında bitə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu “Politico Europe” jurnalının köşə yazarı Ceymi Dettmer deyib.
Jurnalistin sözlərinə görə, Avropa Rusiyanın dondurulmuş aktivlərini ələ keçirməkdən imtina etməklə Ukraynanı uğursuzluğa düçar edib:
“90 milyard avroluq kredit Ukraynanın bütün ehtiyaclarını ödəməyə kifayət etməyəcək. Avropanın verdiyi kredit yalnız 2026-cı ilin ilk aylarına qədər davam edəcək.
Ümumiyyətlə, dəstək tədbirləri iki il üçün nəzərdə tutulub və bu, Kiyevin hərbi əməliyyatlarını davam etdirmək üçün kifayət etməyəcək. Sadə dillə desək, Ukraynanın Avropadan daha çox şeyə ehtiyacı olacaq və blokun bunu təmin etməsi getdikcə çətinləşəcək”.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.