AZ

Ankaraya qarşı cəbhə quruldu: Türkiyəni “küncə sıxmağa” hazırlaşırlar

İsrail, Yunanıstan və Cənubi Kipr arasında Qərbi Qüdsdə keçirilən zirvə görüşü İsrail və Yunanıstan mətbuatı tərəfindən geniş işıqlandırılıb. Dərc olunan xəbərlərdə görüşdə Türkiyə üçün nəzərdə tutulan mesajlar dəyərləndirilib.

Publika.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Cənubi Kipr Administrasiyasının lideri Nikos Xristodulides arasındakı görüş mətbuatda "Ankaraya mesaj" kimi şərh edilib.

"Israel Hayom" qəzeti "İsrail, Yunanıstan və Kipr: Türkiyəyə qarşı strateji ox güclənir" başlıqlı məqaləsində bu görüşün əsas məqsədinin Şərqi Aralıq dənizində regional ittifaqı artırmaq olduğunu yazıb. "Türkiyənin artan gücünə qarşı keçirilən bu zirvə görüşü həmişəkindən daha vacib idi", - məqalədə qeyd olunub.

Tel-Əvivin “Channel 7” telekanalı “Netanyahunun Ərdoğana mesajı” başlıqlı xəbərində İsrailin Baş nazirinin "Torpaqlarımıza nəzarət edə biləcəklərini düşünənlərə deyirəm ki, bunu unudun. Bu, heç vaxt baş verməyəcək. Özümüzü müdafiə etməkdə qərarlıyıq" sözlərini Ankaraya mesaj kimi şərh edib.

Seçilən
40
publika.az

1Mənbələr