AZ

“Napoli” üçüncü dəfə İtaliya Super Kubokunu qazandı

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

“Napoli” İtaliya Super Kubokunun finalında “Bolonya” komandasını 2-0 hesabı ilə məğlub edib.

Yeniavaz.com xəbər verir ki, turnir Səudiyyə Ərəbistanında keçirilib.

Qələbə qollarını 28 yaşlı cinah hücumçusu David Neres vurub (39-cu, 57-ci dəqiqələr).

Bununla da, Antonio Kontenin komandası tarixində üçüncü dəfə İtaliya Super Kubokunu qazanıb.

Klub bundan əvvəl 1990 və 2014-cü illərdə turnirin qalibi olub. “Bolonya” isə superkubok finalında da ilk dəfə oynayıb.

Qeyd edək ki, keçən il “Milan” finalda “İnter”i 3-2 hesabı ilə məğlub edərək, İtaliya Super Kubokunu qazanıb. Hazırda ən çox titul rekorduna bu kuboku doqquz dəfə qazanan “Yuventus” sahibdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
yeniavaz.com

1Mənbələr