AZ

Pərviz Həşimli:”Jurnalist ictimai ödhəliyini dərk etməklə yanaşı, həm də hüquqi biliyə malik olmaldır”

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Hesab edirəm ki, jurnalist ictimai öhdəliklərini dərk etməklə yanaşı, həm də  hüquqi biliyə malik olmalıdır. İnformasiya texnologiyalarının belə sürətlə inkişaf etdiyi dövrdə medianın da məsuliyyəti artır. Bugün hansı xəbərin doğru, hansının yanlış olduğunu dəqiqləşdirmək çətin məsələyə çevrilib.  Bunun üçün jurnalistin üzərinə ciddi öhdəlik düşür”.

Bunu Gununsesi.info portalının baş redaktoru Pərviz Həşimli media savadlılığından danışarkən deyib.

Baş redaktorun sözlərinə görə, hər hansı bir informasiyanı yaymaq istəyən jurnalist ilk növbədə onun doğuracağı hüquqi nəticələri görməldir:”Bizim qanunvericilikdə əhalidə təşviş yaradan, qorxuda saxlayan və  ağır ictimai təhlükə törədə biləcək  xəbərləri yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulur. Bunu hər bir media nümayəndəsi xəbəri hazırlayarkən bilməlidir. Başa düşməlidir ki, onun bir yanlış xəbəri hansı fəsad yarada bilər. Bu, həm hüquqi məcburiyyət olmaqla yanaşı. həm də ictimai öhdəlikdir”.

Pərviz Həşimli hesab edir ki, informasiyanın düzgün və operativ formada cəmiyyətə çatdırılmasında dövlət qurumlarının da üzərinə məsuliyyət düşür:”Çünki dövlətlə, hökumətlə vətəndaş arasında kommunikasiyanı həm də media yaradır. Baş vermiş və baş verə biləcək proseslə bağlı informasiya sosial şəbəkələrdə naşı adamlar tərəfindən tirajlanmamışdan öncə operativ mediaya çatdırılmalıdır. Söhbət jurnalist sorğularının dərhal cavablandırılmasından gedir”.

Firuzə Mahmudova 

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
icma.az

1Mənbələr