İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci il ictimai sektor üçün əhəmiyyətli nailiyyətlərlə yadda qalıb.
QHT sədri vurğulayıb ki, həm ölkə daxilində QHT-lərin fəaliyyəti, həm də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi sayəsində həyata keçirilən layihələr və tədbirlərin sayı 2024-cü illə müqayisədə artıb:
"Birliyin həyata keçirdiyi orta qrant layihələri çərçivəsində altı rayonda sahibkarlar üçün təlimlər təşkil olunub. Təlimlərdə 150-dən çox sahibkar iştirak edib və bu təşəbbüslər regionlarda rəqabətin artmasına, şəffaf iqtisadi münasibətlərin formalaşmasına və yeni iş yerlərinin yaradılmasına töhfə verib".
Eyyub Kərimli həmçinin beynəlxalq əlaqələrin gücləndiyini, Türk Dövlətləri QHT-ləri ilə birgə konfransların keçirildiyini və Xankəndi, Şuşa kimi bölgələrdə tədbirlərin təşkil olunduğunu bildirib:
"Bu ili bir neçə aspektdən qiymətləndirə bilərik. Həm ictimai birliklərin ölkə daxilindəki fəaliyyəti, həm QHT Agentliyi tərəfindən verilən dəstək, həyata keçirilən layihələrin sayı ötən illə müqayisədə artdı. Layihələrin keyfiyyəti də yüksəldi və ictimai birliklərin beynəlxalq əlaqələri genişləndi. Türk Dövlətləri QHT-ləri ilə birgə konfranslar təşkil edildi və ciddi əməkdaşlıq imkanları yarandı. 2025-ci ildə təşkilatımız orta qrant çərçivəsində layihələr həyata keçirdi, altı rayonda 150-yə yaxın sahibkar üçün iqtisadiyyatın inkişafı və şəffaflığın artırılması üzrə təlimlər təşkil edildi. Bu təlimlər regionlarda sahibkarlığın stimullaşdırılmasına, yeni iş yerlərinin yaradılmasına və qeyri-neft sektorunun inkişafına töhfə verdi. Həmçinin Xankəndi və Şuşada keçirilən tədbirlərdə iştirak edərək digər ictimai birliklərlə əlaqələrimizi genişləndirdik. Bu il Milli Forumuna da üzv olduq ki, bu, gələcək layihələrimiz üçün əhəmiyyətli imkanlar yaradacaq".
QHT sədri 2026-cı ildə birliyin fəaliyyətinin daha da genişlənəcəyi və ölkə iqtisadiyyatına dair rəy və təkliflərin ictimaiyyətə təqdim olunacağı vurğulanıb.