Ötən gün "Sumqayıt"ı məğlub edən "Sabah" qış çempionu olub.

Offsideplus.az xəbər verir ki, 37 xal toplayan "bayquşlar" "Qarabağ"ı 1 xalla qabaqlayıb.

Bu, onların tarixində ilk belə haldır.

"Sabah" bunu bacaran 10-cu klub olub.

Ümumilikdə isə bunadək 9 klub belə nəticəyə imza atıb: “Qarabağ” hamıdan çox – 11 dəfə (2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20, 2021/22, 2022/23, 2023/24, 2024/25) fərqlənib. “Neftçi” doqquz (1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11, 2011/12, 2018/19, 2020/21), “Kəpəz” (1993/94, 1997/98, 1998/99) və “Şamaxı” (2008/09, 2009/10, 2012/13) hərəyə üç, “Xəzri” (1995/96), “Şəmkir” (1999/2000), “Karvan” (2005/06), “Xəzər Lənkəran” (2006/07) və “Şüvəlan”ın (2007/08) bir belə uğuru var.

Qeyd edək ki, Azərbaycan çempionatının ilk iki mövsümü (1992 və 1993 mövsümləri) yaz-payız sistemi ilə keçirilib.