AZ

Misli Premyer Liqasında 2025-ci ildə keçirilmiş 184 oyunda 447 qol vurulub

Misli Premyer Liqasında 2025-ci ildə keçirilmiş 184 oyunda 447 qol vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. İl ərzində iki fərqli mövsüm çərçivəsində 185 matç keçirilib.

2024/2025 mövsümünün ikinci yarısında 90, 2025/26 mövsümünün ilk hissəsində 95 qarşılaşma baş tutub. Bu görüşlərdən biri texniki nəticə ilə yekunlaşıb. Həmin matç nəzərə alınmasa, 184 oyunda 447 qol vurulub. Orta məhsuldarlıq 2,43-ə bərabər olub. Bu il 13 komanda Premyer Liqada çıxış edib. "Səbail" ötən, "Qəbələ", "Karvan-Yevlax" və "İmişli" cari mövsümdə bu həyəcanı yaşayıb.

2025-ci ilin ən yaxşısı "Qarabağ" olub. Ağdam klubu qələbə (24), vurulan qol (71), top fərqi (44) və xalların sayında (78) hamını qabaqlayıb. Hər iki mövsümdə çıxış edənlər arasında ən az qol buraxan da (22) "Qarabağ"dır.

"Köhlən atlar" məğlubiyyətlərin az olmasında "Zirə" ilə şərikdir. Qəsəbə klubu xal sayında 2-cidir. Cari mövsümün qış çempionu "Sabah" isə ilin 3-cü komandasıdır.

1"Qarabağ"34246471-22+4978
2"Zirə"34219454-26+2872
3"Sabah"341514552-31+2159
4"Turan Tovuz"331481140-36+450
5"Neftçi"3411131043-39+446
6"Araz-Naxçıvan"341015938-41–345
7"Sumqayıt"341171639-48–940
8"Şamaxı"341091534-41–739
9"Kəpəz"34862027-63–3630
10"İmişli"1645714-16–217
11"Səbail"1827912-29–1713
12"Qəbələ"15221111-21–108
13"Karvan-Yevlax"16131212-34–226
Seçilən
30
10
ikisahil.az

10Mənbələr