“Liverpul” klubu hücumçusu Aleksandr İsakın səhhəti ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, məlumata görə, “Tottenhem”lə matçda (2:1) zədələnən 26 yaşlı futbolçu topuq nahiyəsindən aldığı zədə və incik sümüyünün sınığı səbəbindən əməliyyat olunub.
İsakın bərpa müddəti rəsmi şəkildə açıqlanmayıb. KİV-in məlumatına əsasən, futbolçu bir neçə ay yaşıl meydanlardan uzaq qala bilər.
Xatırladaq ki, “Liverpul” yay transfer pəncərəsində Aleksandr İsakı rekord məbləğə – 125 milyon funt-sterlinqə heyətinə qatmışdı.