AZ

“Belarusda 10 ədəd ballistik raket quraşdırılacaq” Lukaşenko

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsində 10 ədəd "Oreşnik" ballistik raket sisteminin yerləşdiriləcəyini açıqlayıb.

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündən sonra jurnalistin "Rusiya Prezidenti Vladimir Putindən xahiş etdiyiniz kimi 10 ədəd "Oreşnik" sistemi aldınızmı?" sualını cavablandıran Lukaşenko qeyd edib ki, Belarusda maksimum 10 ədəd "Oreşnik" ballistik raket sistemin yerləşdiriləcək.

Xatırladaq ki, keçən il Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusunun Amerika və Britaniyanın uzaqmənzilli silahlarının istifadəsinə cavab olaraq Ukraynanın hərbi və sənaye kompleksi obyektlərindən birinə hücum etdiyini və bu hücumların Rusiyanın ortamənzilli raket sistemlərindən qeyri-nüvə hipersəs avadanlığı ilə təchiz edilmiş "Oreşnik" ballistik raketi ilə həyata keçirildiyini bildirmişdi.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
azpolitika.info

1Mənbələr