“The Wire” serialındakı Ziqqi Sobotka rolu ilə tanınan amerikalı aktyor Ceyms Rensone 46 yaşında vəfat edib.
News24.az xəbər verir ki, Los-Anceles məhkəmə-tibbi ekspertləri aktyorun ölümünün intihar olduğunu açıqlayıb. Hadisə televiziya və kino ictimaiyyətində böyük kədər doğurub.
Ceyms Rensone karyerasına 2000-ci illərin əvvəllərində başlayıb, “Ed” və “Third Watch” seriallarında rol alıb. O, geniş şöhrəti isə “The Wire” serialının ikinci mövsümündə canlandırdığı obrazla qazanıb.
