AZ

Dövlət Xidməti Xocavənddə bir evin təmirinə 59 min manat xərcləyəcək

ain.az, Yeniavaz saytına istinadən bildirir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Capital Group” MMC (VÖEN – 2005752931) və “VEMAR Construction Group” MMC (VÖEN – 1505860651) ilə satınalma müqavilələri imzalayıb.

Yeniavaz.com xəbər verir ki, müqavilələr tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.

Qeyd edək ki, “Capital Group” MMC Xidmətin sifarişi əsasında Xocavənd rayonunun Xanoba kəndində 2-ci mərhələ üzrə ümumi sahəsi 4 375,8 kv.m olan 26 ədəd fərdi yaşayış evinin təmiri işlərini həyata keçirəcək və qarşılığında 1 milyon 526 min 925 manat 44 qəpik alacaq.

“VEMAR Construction Group” MMC isə Xidmətin sifarişi əsasında Xocavənd rayonunun Sos kəndində ümumi sahəsi 14 305,5 kv.m olan 85 ədəd fərdi yaşayış evinin təmiri işlərini həyata keçirəcək və qarşılığında 4 milyon 984 min 375 manat 87 qəpik alacaq.

Açıqlanan məlumatlardan da göründüyü kimi, Xanoba kəndində bir ədəd fərdi yaşayış evinin təmiri üçün 58 min 728 manat, Sos kəndində isə 58 min 640 manat xərclənəcək.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 20 manat olan “Capital Group” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 68A, mənzil 9-da yerləşən MMC-nin qanuni təmsilçisi Hüseynov Rasim Nəcəfalı oğludur.

Nizamnamə kapitalı 50 manat olan “VEMAR Construction Group” MMC isə 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nərimanov rayonu, Çaykovski küçəsi, ev 2, mənzil 74-də yerləşən MMC-nin qanuni təmsilçisi Abdullalı Bikə Abbas qızıdır.Elnur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
2
yeniavaz.com

2Mənbələr