AZ

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtdakı 96 və 239 nömrəli tam orta ümumtəhsil məktəblərində yeni təmayül tədris modeli tətbiq edilir.

Tam orta təhsil səviyyəsində yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumi təhsil müəssisələrinin X sinfinə ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlər qəbul olunub. 

Bu barədə “Cebheinfo.az”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat daxil olub.

Yeni təmayül tədris modelinin əsas məqsədi X-XI sinif şagirdlərinin maraq və meyillərinə uyğun olaraq fərdi inkişaf imkanlarını genişləndirmək, müəllimləri təmayül siniflərində uyğun tədris şəraiti ilə təmin etmək, keyfiyyətli və məqsədyönlü təhsil mühiti yaratmaq, eləcə də orta təhsil pilləsində təmayülləşmənin səmərəliliyini artırmaqdan ibarətdir.

Nigar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
7
cebheinfo.az

8Mənbələr