AZ

Milli Məclis Prezident İlham Əliyevi təbrik edib

Milli Məclis Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, parlamentin sədri Sahibə Qafarova qanunverici orqanın bu gün keçirilən plenar iclasında Prezident İlham Əliyev doğum günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində uğurlar diləyib.

Milli Məclisin deputatları da təbrikə qoşulub və Prezident İlham Əliyevi doğum günü münasibətilə ayaq üstə alqışlayıblar.

Seçilən
59
2
bakivaxti.az

3Mənbələr