MİNGƏÇEVİR, 23 dekabr. TELEQRAF
Mingəçevir şəhər Prokurorluğunda Baş Prokurorluğunun təşəbbüsü ilə regional "Açıq qapı" Günü təşkil olunub.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, Mingəçevir şəhər Prokurorluğunda keçirilən "Açıq qapı" Günündə Baş Prokurorluğun məhsul əməkdaşları, Ağdam, Bərdə, Goranboy, Şəki, Mingəçevir və Yevlağınprokurluq işçiləri, QHT nümayəndələri və çoxsayda media təmsilçiləri iştirak edib.
Tədbir zamanı prokurorluq fəaliyyətinin hüquqi əsasları, müxtəlif peşəkar incəliklərivə cəmiyyətlə aralarında formalaşmış etimad meyarları haqqında iştirakçılara ətraflı məlumatlar çatdırılıb. Seminar xarakterli növbəti mərhələdə isə informasiya xarakterlinəzəri praktik məsələlərdən söhbət açılıb. Tədbir qarşılıqlı fəal müzakirələr şəraitində davam etdirilib.
İştirakçıların çoxsaylı suallarına aydınlıq gətirilib.
Daha sonra tədbiriştirakçılarışəhər Prokurorluğunun binasını dolaşaraqprokurorluq işçilərininpeşəkar fəaliyyətinin təmin edilməsi üçünyaradılmışiş şəraiti ilə yaxından tanış olublar.
Həmçinin Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah edilib.