AZ

“Misli”nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatdı

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Misli” brendinin dəstəyi, Consensus İntellektual Mərkəzin təşkilatçılığı ilə keçirilən Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü uğurla yekunlaşıb.

Fevral ayında start götürən liqa 10 ay ərzində yüksək rəqabət və intellektual mübarizə ilə yadda qalan turnirlərə ev sahibliyi edib. Mövsüm ərzində ümumilikdə 22 turnir keçirilib və 20-dən artıq müəllifin hazırladığı suallar iştirakçılara təqdim olunub.

Maraqlı və gərgin keçən mövsümün yekununda Peşəkar İntellekt Liqasının qalibi “Interpretes United” komandası olub. “Old School” komandası ikinci, “Kranium” komandası üçüncü yerə layiq görülüb.

Peşəkar İntellekt Liqası çərçivəsində final oyununda “Qış Kuboku” üzrə də yarışlar təşkil olunub. Turnirdə birinci yerin qalibi “Boy’s Division” komandası olub. İkinci və üçüncü yerləri isə “V”“CMYK” komandaları tutub.

Qalib və mükafatçılar kubok, medal, diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Seçilən
57
18
publika.az

10Mənbələr