AZ

Ukrayna dronları bu şəhəri VURDU: neft-kimya zavodu DAĞIDILDI 

Dekabrın 23-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Stavropol diyarında yerləşən Budyonnovsk şəhərinə hücum edib.
Vətəninfo.az xəbər verir ki, Stavropol diyarının qubernatoru Vladimir Vladimirovun sözlərinə görə, dron hücumu nəticəsində şəhərin sənaye zonasında yanğınlar baş verib. O bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb, yaşayış binaları və həyat təminatı infrastrukturu zədələnməyib. Qubernator hücumla bağlı əlavə detallar açıqlamayıb.
“Astra” nəşri sosial şəbəkələrdə yayımlanan yanğın görüntülərini təhlil edərək hücumun hədəfinin polietilen və polipropilen istehsalı ilə məşğul olan “Stavrolen” neft-kimya zavodu olduğunu irəli sürüb. Rəsmi qurumlar bu məlumatı hələlik təsdiqləməyib.

Seçilən
48
veteninfo.az

1Mənbələr