AZ

Qarabağ və Şərqi Zəngəzurda investisiya imkanları Azərbaycan–Türkiyə əməkdaşlığının əsas istiqamətlərindəndir - Nazir müavini

Bakı. Trend:

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur müxtəlif sahələrüzrə geniş əməkdaşlıq imkanları və birgə investisiya layihələrininreallaşdırılması üçün böyük potensiala malikdir. Burada ağıllışəhər, ağıllı kənd konsepsiyaları əsasında müasir yaşayış məkanlarıformalaşdırılır.

Trend xəbərverir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bu günBakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumundadeyib.

Nazir müavini bildirib ki, bu bölgələr "yaşıl enerji" zonalarıelan olunub:

"Artıq istifadəyə verilmiş Ağdam Sənaye Parkı və Araz Vadisiİqtisadi Zonası, yeni beynəlxalq hava limanları, sürətlə qurulanmüasir nəqliyyat infrastrukturu, eləcə də biznes üçün real güzəştvə təşviqlər bu əraziləri investorlar üçün cəlbedici edir. Buərazilər geniş sənaye, kənd təsərrüfatı, logistika, turizm vəenerji sahələri üzrə yüksək potensiala malik olmaqla, uzunmüddətlivə dayanıqlı investisiya imkanları təqdim edir.
Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji potensialınınreallaşdırılması üçün infrastrukturun yenilənməsi və yeni güclərinqurulması əsas prioritetlərimizdəndir".

"Bu prosesdə Türkiyə biznesinin iştirakı xüsusilədiqqətəlayiqdir. Kəlbəcər və Laçın rayonlarında 4 kiçik su elektrikstansiyasının bərpası və uzunmüddətli istismarı üzrə layihəninicrası həm enerji, həm də dayanıqlı inkişaf baxımından nümunəviəməkdaşlıq modelidir", - S. Bəşirli qeyd edib.

Məqalədə:
Seçilən
56
3
az.trend.az

10Mənbələr