AZ

Cəmiyyətdə inklüzivlik və ağlabatan uyğunlaşma səviyyəsinin ölçülməsi məqsədilə qiymətləndirmə sorğusu keçrilir

Əlilliyi olan şəxslərin hüquqlarının qorunması sahəsində Monitorinq Komissiyasının fəaliyyəti çərçivəsində ölkəmizdə əlilliyi olan şəxslər arasında ictimai sorğu keçirilir.

Sorğunun əsas məqsədi əlilliyi olan şəxslər üçün yaradılan mövcud şərait və imkanlar barədə məlumat toplamaq, həmçinin onların fikirlərini birbaşa öyrənməkdir.

Sorğu nəticəsində əldə edilən məlumatlar mövcud vəziyyəti daha dəqiq qiymətləndirməyə, gələcəkdə əlilliyi olan şəxslərin sosial inteqrasiyasını gücləndirən, bərabər imkanları artıran yeni layihə və təşəbbüslərin hazırlanmasına kömək edəcək.

Sorğuda iştirakınız inklüziv və əlçatan xidmətlərin inkişafına dəyərli töhfədir. 

İştirak etmək üçün linkə daxil olun ⤵️

https://survey.sosial.gov.az/index.php/976473?lang=az

Seçilən
30
qht.az

1Mənbələr