AZ

Hərbi təyyarə qəzaya uğradı: Ölənlər var

Meksika Donanmasına məxsus kiçik bir təyyarənin ABŞ-nin Texas ştatı sahillərində qəzaya uğraması nəticəsində 5 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, donanma tərəfindən verilən açıqlamada, təyyarənin Texasın Qalveston şəhəri sahillərində okeana düşdüyü təsdiqlənib.

Bildirilir ki, təyyarədə 4 donanma zabiti və 4 mülki şəxs olub. Qəza nəticəsində 5 nəfər həlak olub, 2 nəfər xilas edilib, 1 nəfər isə hələ də itkin düşmüş hesab olunur.

Qəzaya uğrayan təyyarənin “xüsusi tibbi nəqliyyat məqsədli humanitar yardım missiyası” üçün havaya qalxdığı qeyd olunub. Tibbi müalicə üçün daşınan xəstənin də həlak olanlar arasında olduğu bildirilib.

Xilasetmə əməliyyatlarının ABŞ Sahil Mühafizəsi tərəfindən həyata keçirildiyi və təyyarənin okeanda tapıldığı qeyd olunub.

Meksika Xarici İşlər Nazirliyi “X” sosial media platformasında verdiyi açıqlamada, Meksikanın Hyustondakı Baş Konsulluğu vasitəsilə yerli rəsmilərlə əlaqə saxlanıldığı və qurbanların ailələrinə dəstək göstərildiyi bildirilib.

Seçilən
32
cebheinfo.az

1Mənbələr