“Daşkəsən Dəmir Filiz” MMC sahəsində xüsusi təyinatlı texnikalar vasitəsilə göstəriləcək xidmətlərə 338 943 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, MMC-yə bu xidməti “NM Company” MMC göstərəcək.
Tərəflər arasında müqavilə bağlanıb.
Ceyhun Mehdi oğlu Əliyevin rəhbərlik etdiyi “Daşkəsən Dəmir Filiz” Nizamnamə kapitalı 278 300 000 AZN, qanuni təmsilçisi isə Zakir Zaur oğlu İbrahimov olan “Azergold” QSC-nin törəmə cəmiyyətidir.
Cabir
Tarix: 23 Dekabr 2025, 11:25