AZ

Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin rəqabət qabiliyyətini daha da yüksəldəcək - Cevdet Yılmaz

"Rusiya-Ukrayna müharibəsi səbəbilə Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb. Bu mənada Orta Dəhlizin ən mühüm komponentlərindən biri olan Azərbaycanla bu sahədə əməkdaşlığımızı davam etdiririk".

Missiya.Az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

"Şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında 8 avqust 2025-ci il tarixində imzalanan və sülhün bərqərar olunmasına yönəlik yol xəritəsini ehtiva edən Saziş regional sabitlik baxımından mühüm bir mərhələ yaradır. Bu çərçivədə Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin rəqabət qabiliyyətini daha yüksək səviyyəyə qaldıracaq".

Seçilən
9
2
missiya.az

3Mənbələr