AZ

Azər Badamov: Tematik illər Azərbaycanın inkişaf prioritetlərini əks etdirir

Milli Məclisin deputatı Azər Badamov Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclasında çıxışı zamanı son illərdə Azərbaycanda elan olunan tematik illərin ölkənin inkişaf strategiyasını aydın şəkildə əks etdirdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat qeyd edib ki, Vətən müharibəsində əldə olunan Böyük Zəfərdən sonra Azərbaycanda “Nizami Gəncəvi ili”, “Şuşa ili”, “Heydər Əliyev ili”, “Yaşıl dünya naminə həmrəylik ili”, “Konstitusiya və Suverenlik ili”, eləcə də qarşıdan gələn 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” kimi qeyd olunması tarixi dəyərlərlə yanaşı, müasir dünyanın gətirdiyi çağırışlara ən ali səviyyədə diqqət və dəyər verildiyini göstərir.

Azər Badamovun sözlərinə görə, humanizm, ədalət, xalqlararası dostluq, mədəni müxtəliflik, bədii memarlıq yaradıcılığında kamillik, tarixiliklə müasirliyin vəhdəti Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsasını təşkil edir.

Deputat çıxışında vurğulayıb ki, ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın indiki reallığının əsasını qoyub. Prezident İlham Əliyev isə birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə bu möhkəm təməl üzərində qalib Azərbaycanı daha da ucaldır. Onun sözlərinə görə, həyata keçirilən humanitar siyasət də xalq tərəfindən yüksək qiymətləndirilir.

Azər Badamov çıxışının sonunda qeyd edib ki, bu ardıcıl və məqsədyönlü siyasət Azərbaycanın gələcək inkişafının təminatıdır.

Afət ZİYADQIZI

Seçilən
49
1
operativmm.az

2Mənbələr