AZ

İçərişəhərdə iki hamam bərpa olunur

“İçərişəhər” Tarix Memarlıq Qoruğunun ərazisində yerləşən Bayraməli və Yeraltı hamamlarında restervasiya işləri aparılır.

“Yeni Sabah”ın xəbərinə görə, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud dekabrın 23-də ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

 Konfransda il ərzində görülən işlər haqqında ümumi hesabat verilib.

Tədbirdə ilk olaraq il əzində görülən işlərlə bağlı videoçarx nümayiş etdirilib.

Hesabatda qeyd olunub ki, il ərzində təmir və bərpa işləri həyata keçirilib. 

Eyni zamanda giriş və çıxışlarda şlaqbaunlar, parklama sistemləri quraşdırılıb, ödəniş üsulları yenilənib, 13 yerdə pandus quraşdırılıb, 2840 ədəd isə fidan əkilib. 

Həmçinin yeni informasiya mərkəzləri yaradılıb, miniatür muzeyi açılıb, müxtəlif festivallar və sərgilər təşkil olunub.  

İl ərzində İçərişəhərdə 6 festival 60 dan çox tədbir təşkil olunub.

Eyni zamanda Qala qoruğu ərazisində iməclik keçirilib və tarixi hamam bərpa olunub. Bu da İçərişəhərə turist axınını artırıb.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
25
yenisabah.az

1Mənbələr