AZ

İrakli Kobaxidze: Anakliya liman layihısinin həyata keçirilməsinə xarici tərəfdaşlar cəlb olunacaq

Tbilisi, 33 dekabr, AZƏRTAC

Anakliya Limanı layihəsi davam edir və müvafiq infrastruktur işləri dövlət maliyyəsi ilə həyata keçirilir. İnanırıq ki, müəyyən məqamlar tezliklə razılaşdırılacaq və nəticədə bu layihənin həyata keçirilməsinə xarici tərəfdaş cəlb olunacaq".

AZƏRTAC xəbər verie ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata açıqlamasında deyib.

Hökumət başçısı qeyd edib ki, konkret məqamlar xarici tərəfdaşlarla razılaşdırılır və onlar tezliklə layihənin həyata keçirilməsində iştirak edəcəklər.

"Danışıqlar davam edir. Son mərhələyə çatmışıq, hələ razılaşdırılmalı məqamlar var, amma düşünürük ki, bu məqamlar tezliklə razılaşdırılacaq və nəticədə xarici tərəfdaş da bu layihənin həyata keçirilməsinə cəlb olunacaq. Layihə davam edir və müvafiq infrastruktur işləri dövlət maliyyəsi ilə həyata keçirilir”, - deyə İrakli Kobaxidze bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
91
2
azertag.az

3Mənbələr