AZ

Qazaxıstanda sərnişin daşınmasında dronlardan istifadə edilə bilər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Qazaxıstan logistika və sərnişin daşımaları sahəsində eVTOL (şaquli uçuş və eniş edən elektrikli aparatlar) pilotsuz uçuş aparatlarının tətbiqi imkanlarını nəzərdən keçirir.

Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çində "EHang Future City" şirkətinin rəhbərliyi ilə danışıqlar aparıb.
Görüşdə şəhər daxili hava mobilliyi və müasir texnologiyaların nəqliyyat sisteminə inteqrasiyası məsələləri müzakirə olunub.

Qazaxıstan nümayəndə heyəti şirkətin Yunfu şəhərindəki zavodunda istehsal prosesini yaxından izləyib.
Qazaxıstan Çinin pilotsuz aviasiya təcrübəsindən yararlanmaq və bu texnologiyaların ölkədə lokallaşdırılması imkanlarını araşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
39
olaylar.az

1Mənbələr