AZ

Əli Kərimlinin siyasəti və tənha durumu - DEPUTAT TƏNQİD ETDİ

Milli Məclisin payız sessiyası üzrə plenar iclasında deputat Razi Nurullayev AXCP sədri Əli Kərimlinin siyasətini tənqid edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, Əli Kərimli illərdir siyasətdə özünü mərkəzə qoyaraq həm iqtidarı, həm də müxalifəti özünə düşmən edib və nəticədə təcrid olunub.

Razi Nurullayev vurğulayıb ki, Kərimli digər siyasi qüvvələri "satqın" adlandırmaqla müxalifəti parçalayaraq yeni perspektiv və islahatları əngəlləyib.

Deputat əlavə edib ki, Azərbaycan müxalifəti bugün fərdi ambisiyalar yox, dövlət və xalq naminə çalışmalıdır və etik, nəticəyönümlü siyasət prioritet olmalıdır.

Nurullayevin sözlərinə görə, parçalayıcı və damğalayıcı siyasətin nəticəsi təkcə şəxsi tənhalıqdır və bu məsuliyyət yalnız onun üzərindədir.

Afər ZİYADQIZI

Seçilən
22
1
operativmm.az

2Mənbələr