AZ

Yazılan tənqidlərə belə cavab verdi

Axsham.az saytına istinadən ain.az xəbər verir.

Aparıcı Lamiyyə Ələkbərova sosial şəbəkədə ona yazılan tənqidlərə cavab verib.

Axşam.az xəbər verir ki, aparıcı bir müddət əvvəl müğənni Rəqsanə ismayılovanın onun haqqında dediyi "Mənim işçim olub" sözlərinə etiraz edib. Onun bu açıqlaması isə sosial şəbəkədə müzakirə yaradıb.

L.Ələkbərova "@axsamaz" instaqram səhifəsində bununla bağlı yazılanlara belə cavab verib:

"Televiziyadan başqa hec kimdən maaş almamışam və almıram da. Mənim maaş alan yerim televiziya olub və olacaq. Düz bilmirsiniz, prodüsser müğənninin müdiridir. Heç vaxt heç kimin köməkçisi olmamışam. Rəqsanəni efirə ilk çıxardan televiziya rejissoru olmuşam. Bizim işimiz yaradıcılıqdır. Allah insanı yaradır, biz də iş yaradırıq".

Aparıcı ona aqresiv şərh yazana isə "Mənə qarşı necə aqresivsiniz. Niyə belə əsəbi yazırsınız? Utanmaz mən yox, məni sevməyənlərdir. Musiqişünas, xor-dirijoram, musiqiçiyəm. Sizi nə narahat edir? Mənə qarşı bu qədər acıqlı olmayın, yoxsa xəstələnsiniz" cavabını verib. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
axsam.az

2Mənbələr