AZ

"Seçkilər keçirilsə, şübhəsiz, o qalib gələcək" - Arestoviç açıqladı

"Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və hazırkı Londondakı səfir Valeri Zalujnı Ukrayna prezident seçkilərində namizədliyini irəli sürərsə, çox güman ki, yeni dövlət başçısı olacaq".  

"Unikal" xəbər verir ki, bunu Zelenskinin keçmiş müşaviri Oleksiy Arestoviç deyib. 

"Əsas sual Zalujnının namizədliyini irəli sürüb-sürməməsidir. Əgər Zalujnı namizədliyini irəli sürərsə, qalib gəlmək ehtimalı yüksəkdir. Əgər namizədliyini irəli sürməsə, Zelenski qalib gələcək. O, özünü yenidən legitimləşdirəcək və super-prezident olacaq. O, hakimiyyətdə qalmağa davam edə bilər", - Arestoviç ifadə edib. 

Onun sözlərinə görə, hazırkı hökumət Zalujnının namizədliyini irəli sürməsinin qarşısını almaq üçün hər şeyi edəcək. 

Gülayə Mecid 

Seçilən
17
unikal.az

1Mənbələr