AZ

Azərbaycanla Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlıq genişləndirilir

Bakı. Trend:

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıqgenişləndiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə edilib.

Bildirilib ki, Azərbaycan Respublikası Hökuməti ilə TürkiyəRespublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq üzrəmövcud hüquqi baza çərçivəsində 2021-ci il 19 fevral tarixindəAnkara şəhərində imzalanmış “Peşə təhsili sahəsində əməkdaşlığadair Protokol”a Əlavə Protokolun Əlavəsi kimi “Türkiyə-Azərbaycanpeşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi” hazırlanıb.

Qeyd olunan Protokol Azərbaycan Respublikası ilə TürkiyəRespublikası arasında peşə təhsili sahəsində əməkdaşlığıngenişləndirilməsi, birgə peşə təhsili müəssisələrinin yaradılmasıvə fəaliyyətinin təşkili üçün hüquqi əsasları müəyyən edib.

Hazırkı Nümunəvi Nizamnamə isə həmin Protokolun icrası məqsədiləqəbul edilən törəmə hüquqi sənəd olmaqla, Protokol çərçivəsindəyaradılacaq peşə təhsili müəssisələrinin fəaliyyətinin təşkilinədair vahid model hüquqi çərçivəni müəyyən edir.

Nümunəvi Nizamnamə Türkiyə-Azərbaycan peşə təhsilimüəssisələrinin hüquqi statusunu, fəaliyyət istiqamətlərini,idarəetmə mexanizmlərini, tədris prosesinin təşkili prinsiplərinivə qarşılıqlı əməkdaşlıq əsaslarını ümumi formada tənzimləyir.

Bu sənəd hər bir konkret peşə təhsili müəssisəsi üzrə ayrıcanizamnamələrin hazırlanması, razılaşdırılması və dövlətqeydiyyatına alınması üçün əsas kimi nəzərdə tutulub.

Müvafiq peşə təhsili müəssisələrinin nizamnamələri tərəflərinrazılığı əsasında hazırlanır və Azərbaycan tərəfdən qüvvədə olanqaydalara uyğun olaraq təsdiq edildikdən sonra tətbiq edilir.

Beləliklə, təqdim olunan Nümunəvi Nizamnamə yeni hüquqi öhdəlikyaratmır, mövcud beynəlxalq müqavilə - 2021-ci il tarixliProtokolun praktiki icrasını təmin edən tətbiqi xarakterli sənədkimi çıxış edir və Türkiyə-Azərbaycan peşə təhsili müəssisələrininfəaliyyətinin sistemli və vahid əsaslarla təşkilinə xidmətedir.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə RespublikasıHökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ciil 19 fevral tarixli Protokola Əlavə Protokol”un təsdiq edilməsihaqqında qanun layihəsi səsverməyə qoyularaq biroxunuşda qəbul edilib.

Seçilən
34
27
az.trend.az

10Mənbələr