
ABŞ Prezidenti Donald Tramp Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayevə hədiyyələr göndərib.
Missiya.Az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Jeldibay məlumat yayıb.
Onun sözlərinə görə, bu hədiyyələrə Ağ Evin simvolik açarı və imzalı beysbol papağı da daxildir.
Jeldibay qeyd edib ki, etimadnaməsinin təqdim edilməsindən sonra Tramp Qazaxıstan səfiri ilə Tokayevlə görüşü barədə təəssüratlarını bölüşüb.
Mətbuat katibi həmçinin ABŞ Prezidentinin Tokayevə ən xoş arzularını çatdırdığını və ona hörmətini ifadə etdiyini vurğulayıb.
Daşqın HəsənovMissiya.Az