Bakı. Trend:
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə RespublikasıHökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair ProtokolaƏlavə Protokol ölkəmizdə peşə təhsili sahəsində son illər həyatakeçirilən islahatların məntiqi davamı və tərkib hissəsi hesab olunabilər.
Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsilkomitəsinin üzvü Elçin Mirzəbəyli parlamentin bugünkü plenariclasında “Azərbaycan Respublikası Hökuməti ilə TürkiyəRespublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığadair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”untəsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanıdeyib.
Millət vəkili bildirib ki, bu yanaşma özünü Əmək Məcəlləsinəedilən son əlavə və dəyişikliklərdə də büruzə verir:
“Gənclərin əmək bazarına daha erkən və təhlükəsiz çıxışı,istehsalat təcrübəsinin hüquqi çərçivəyə salınması, şagird vətələbələrin əməyinin qorunması, işəgötürən–təhsilalanmünasibətlərinin aydın və şəffaf tənzimlənməsi peşə təhsilisahəsindəki islahatların qanunvericilik bazasınıntəkmilləşdirilməsi ilə yanaşı, dövlətlərarası əməkdaşlıqprioritetlərində də yer aldığını, sistemli, ardıcıl xarakterdaşıdığını təsdiqləyir”.
Deputat bildirib ki, sənəd peşə təhsili sahəsində çoxillik vənəticəyönlü təcrübəyə malik olan Türkiyə Respublikası ilə birlikdə,ölkəmizdə həyata keçirilən islahatların növbəti mərhələsi üçüninstitusional və praktik mexanizm yaradır:
“Peşə təhsili əmək bazarının formalaşmasının zərurielementlərindən biri olmaqla yanaşı, həm də sosial xarakter daşıyırvə iqtisadi inkişafın zəruri mexanizmlərindən biri kimi çıxışedir.
Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlıəlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 5dekabr 2025-ci il tarixli Sərəncamı dövlətimizin bu sahəyə stratejibaxış bucağını açıq şəkildə nümayiş etdirir.
Prezident İlham Əliyevin Sərəncamından irəli gələn vəzifələrinhəyata keçirilməsi, inşa edilməsi nəzərdə tutulan yeni peşə təhsilimüəssisələrinin necə idarə olunacağı, hansı model əsasındafəaliyyət göstərəcəyi, əmək bazarı ilə necə əlaqələndiriləcəyiolduqca mühüm əhəmiyyət kəsb edən və peşə təhsili sahəsində həyatakeçirilən islahatların davamlı nəticələrə yol açması baxımındanmühüm əhəmiyyətə malikdir.
Məhz bu baxımdan, hazırda müzakirə etdiyimiz əlavə protokoldayer alan əməkdaşlıq istiqamətlərinin nə qədər önəmli olduğunuvurğulaya bilərik”.
E.Mirzəbəylinin sözlərinə görə, sənəddə nəzərdə tutulanmexanizmlər peşə təhsilinin istehsalatla birbaşa inteqrasiyasını,tələbələrin real müəssisələrdə təcrübə keçməsini, sığorta,əməkhaqqı və təhlükəsizlik məsələlərinin milli əməkqanunvericiliyinə uyğun tənzimlənməsini, diplom və sertifikatlarınqarşılıqlı tanınmasını təmin edir.
“Bu yanaşma, faktiki olaraq peşə təhsilinin təcrid olunmuşməhdud anlayış çərçivəsindən çıxarılaraq əmək bazarının ayrılmaz vəəhəmiyyətli bir hissəsinə çevrilməsinə imkan yaradır.
Əlavə Protokol çərçivəsində yaradılacaq peşə təhsilimüəssisələri publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək, şəffafmaliyyə və audit mexanizmlərinə malik olacaq, sözügedənmüəssisələrin strateji inkişaf xətti isə Azərbaycan və Türkiyətərəfinin birgə İdarəetmə Şurası vasitəsilə müəyyən ediləcək.
Bu model Prezident İlham Əliyevin Peşə təhsili sistemininpotensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqındaSərəncamından irəli gələn vəzifələrin icrasına, peşə təhsili, əməkvə məşğulluq sahəsində həyata keçirilən islahatların uğurla davametdirilməsinə xidmət edir”, - deyə o fikrini tamamlayıb.