dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bu barədə Birjadan bildirilib.
Məlumata görə, bu gündən qiymətli kağızlara abunə yazılışı başlayıb, dekabrın 29-da başa çatacaq.
Hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 300 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 7 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində istiqrazları geri satın alması nəzərdə tutulmayıb.