Məşhur müğənni Enrike İqlesiasın ailəsi genişlənir.
BAKU.WS "Entertainment tonight"a istinadən xəbər verir ki, sənətçinin dördüncü övladı dünyaya gəlib.
İfaçının həyat yoldaşı Anna Kurnikova da sosial şəbəkədə 4-cü övladının doğulduğunu elan edib. O körpəsinin fotosuna "Günəşim" şərhini yazıb.
Məlumat üçün bildirək ki, cütlük 2001-ci ildə onun "Escape" klipinin çəkilişi zamanı tanış olub.
Onların 8 yaşlı əkizləri Lusi və Nikolas, həmçinin 5 yaşlı qızları Meri də var.