Bakı. Trend:
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarınınqanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davametdirilir.
Trend xəbərverir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzininməlumatında qeyd olunub.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının“Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində narkotikvasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasınakeçirilməsinin qarşısı alınıb.
Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyattədbirləri nəticəsində ümumi çəkisi 6 kq 848 qram marixuana, 0.006mq tiryək aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.