AZ

Bakıda şaq bağçasındayanğının yayılmasının qarşısı alınıb

BAKI, 23 dekabr. TELEQRAF

Dekabrın 23-də 79 nömrəli körpələr evi-uşaq bağçasının elektrik şitində qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil idarəsindən Teleqraf-ın sorğusuna cavab olaraq məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır.

Seçilən
52
1
teleqraf.com

2Mənbələr