Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətimüasir Azərbaycan dövlətçiliyinin konseptual əsaslarınınformalaşdığı, milli maraqlara söykənən praqmatik idarəçilikmodelinin bərqərar olduğu bir dövr kimi xarakterizə olunur. Bu dövrtəkcə siyasi rəhbərlik mərhələsi deyil, eyni zamanda dövlətinsuverenliyinin tam bərpa edildiyi, beynəlxalq nüfuzunun yüksəldiyivə sosial-iqtisadi inkişafın sistemli xarakter aldığı yeni tariximərhələdir.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı AfətHəsənova deyib.
Deputat bildirib ki, 2024-cü il 7 fevral tarixində keçirilmişprezident seçkiləri Azərbaycanın siyasi tarixində mühüm dönüşnöqtəsi kimi qiymətləndirilir:
“İlk dəfə olaraq seçkilərinin ölkənin bütün ərazilərində, ocümlədən Xankəndidə keçirilməsi dövlət suverenliyinin real vəhüquqi baxımdan tam bərqərar olunduğunu nümayiş etdirdi. Prezidentİlham Əliyevin Xankəndidə səs verməsi isə yalnız siyasi jest deyil,separatizmin qəti şəkildə tarixə qovuşmasının simvolu kimidəyərləndirilir.
Seçkilərin yüksək iştirakçılıq və beynəlxalq müşahidə şəraitindəbaş tutması, Prezident İlham Əliyevin 92 faizdən artıq səstoplaması ictimai-siyasi legitimliyin güclü ictimai dayaqlarasöykəndiyini göstərdi”.
A.Həsənova qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi iləAzərbaycan siyasi sistemində təkamül yolu ilə islahatlar həyatakeçirilmiş, siyasi dialoq və çoxtərəfli əməkdaşlıq mühitiformalaşdırılmışdır:
“Müxalif siyasi partiyaların parlamentdə təmsil olunması, yeni“Siyasi partiyalar haqqında” qanunun qəbulu, dövlət maliyyədəstəyinin artırılması və siyasi institutların fəaliyyətininliberallaşdırılması ölkədə siyasi mədəniyyətin yeni mərhələyəkeçdiyini təsdiqləyir.
Bu model kəskin qarşıdurmaya deyil, milli maraqlar ətrafındakonsensusun formalaşdırılmasına əsaslanır ki, bu da postmünaqişə vəpostpandemiya dövründə dövlət dayanıqlığı baxımından mühümamildir”.
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin yürütdüyü xaricisiyasət kursu milli maraqlara əsaslanan, lakin qlobal məsuliyyətidə nəzərə alan praqmatik diplomatiya nümunəsidir:
“Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü,Qoşulmama Hərəkatına sədrliyi, COP29-a ev sahibliyi və TürkDövlətləri Təşkilatı çərçivəsində artan fəallığı ölkənin regionalaktordan qlobal gündəmin iştirakçısına çevrildiyini göstərir.
Xüsusilə Azərbaycan–Türkiyə münasibətlərinin Şuşa Bəyannaməsiilə müttəfiqlik səviyyəsinə yüksəldilməsi regional təhlükəsizlik vəgeosiyasi sabitlik baxımından strateji əhəmiyyət daşıyır”.
A.Həsənova qeyd edib ki, Prezident İlham Əliyev dövrünün əsasxüsusiyyətlərindən biri iqtisadi artımın sosial rifahatransformasiyasıdır:
“Qeyri-neft sektorunun inkişafı, infrastruktur layihələri,sosial proqramlar, ünvanlı dövlət yardımları və insan kapitalınayönəlmiş siyasət nəticəsində makroiqtisadi sabitlik və sosialdayanıqlıq təmin olunmuşdur.
“Azərbaycan-2030” Milli Prioritetləri çərçivəsində həyatakeçirilən islahatlar iqtisadiyyatın innovasiya əsaslı inkişafını,yaşıl enerji keçidini və dayanıqlı rifah modelininformalaşdırılmasını hədəfləyir”.
Deputat vurğulayıb ki, əfv və amnistiya təşəbbüsləri, gənclərəvə şəhid ailələrinə yönəlmiş sosial siyasət, tolerantlıq vəmultikulturalizm sahəsində beynəlxalq təşəbbüslər Prezident İlhamƏliyevin idarəçilik fəlsəfəsində humanist dəyərlərin mərkəzi yertutduğunu göstərir:
“Bu siyasət yalnız bugünü deyil, gələcək nəsillərin təhlükəsizvə firavan Azərbaycanda yaşamasını təmin etməyə yönəlmiş stratejibaxışın tərkib hissəsidir.
Suverenlik, inkişaf, beynəlxalq nüfuz və milli birlik busiyasətin əsas sütunlarıdır. Bu baxımdan Prezident İlham Əliyevdövrü Azərbaycanın tarixində təkcə qalibiyyət mərhələsi deyil, eynizamanda uzunmüddətli dövlətçilik modelinin formalaşdığı mərhələkimi qiymətləndirilə bilər”.