AZ

"Azərbaycan iqtisadiyyatı həm qlobal trendlərə, həm də milli çağırışlara uyğun inkişaf edəcək"

"İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və post-sovet məkanında ərazi bütövlüyünü tam bərpa edən ilk dövlətdir. Uzun illər işğal altında qalan Qarabağ və Şərqi Zəngəzur artıq bərpa olunur və məskunlaşır. Son beş ildə həmin ərazilərin bərpasına 23 milyard manatdan çox vəsait ayrılıb və artıq 65 min vətəndaş orada məskunlaşıb, işləyir və yaşayır".

Redaktor.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Vüqar Bayramov bildirdi.

Vüqar Bayramov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın formalaşması və reinteqrasiyası prosesi sürətlə davam edir.

Deputat həmçinin son 22 ildə Azərbaycanın iqtisadi inkişafına diqqət çəkib: ölkə iqtisadiyyatı dörd dəfə böyüyüb, xarici ticarət dövriyyəsi 11 dəfə artıb, büdcə gəlirləri 30 dəfədən çox yüksəlib və dövlət rezervləri 2 milyard dollardan 80 milyard dollara çatıb.

Vüqar Bayramov vurğulayıb ki, bütün bu göstəricilər İlham Əliyevin rəhbərliyi ilə iqtisadi inkişafın, yeni uğurların və dayanıqlı, inklüziv böyümənin təmin edildiyini göstərir. Vüqar Bayramov qeyd edib ki, bu proses növbəti illərdə də yeni hədəflərə uyğun olaraq davam edəcək və Azərbaycan iqtisadiyyatı həm qlobal trendlərə, həm də milli çağırışlara uyğun inkişaf edəcək.

Aminə ŞAHSUVARQIZI

Seçilən
61
redaktor.az

1Mənbələr