AZ

BŞİH və “Regional İnkişaf” İB arasında əməkdaşlığın 5 illiyi qeyd olunub (FOTO)

Bakı. Trend:

​Bakı Şəhər İcra Hakimiyyəti ilə “Regional İnkişaf” İctimaiBirliyi arasında imzalanmış əməkdaşlıq memorandumunun 5 illiyimünasibətilə dekabrın 22-də Bakı Şəhər İcra Hakimiyyətində tədbirkeçirilib.

Trend xəbərverir ki, bu barədə ​Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

​Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf”İctimai Birliyinin nümayəndələri, eləcə də əməkdaşlıq çərçivəsindəhəyata keçirilən fəaliyyətlərdə fəal olan könüllülər iştirakediblər. Beş il ərzində görülən işlərin yekunlarına həsr olunmuştədbirdə birgə fəaliyyətin nəticələri və gələcək perspektivlərmüzakirə edilib.

​Tədbirdəki çıxışlarda qeyd olunub ki, bu gün cənab Prezidentinçoxşaxəli siyasəti nəticəsində ölkəmiz bütün istiqamətlər üzrəsürətlə inkişaf edir və bu inkişaf qurumlar-arası birgə uğurluəməkdaşlıqda da özünü göstərir. Bundan başqa tədbir iştirakçılarıcənab Prezidenti fürsətdən istəfadə edib doğum günü münasibətilətəbrik edərək əldə olunan şanlı qələbələrə və uğurlara görə dərinminnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə, həmçinin “Regional İnkişaf” İctimai Birliyininkönüllülərinin fəal iştirakının paytaxtda ictimai nəzarətingücləndirilməsində və şəhər mühitinin daha səmərəli qorunmasındamühüm rol oynadığı vurğulanıb.

Daha sonra “Regional İnkişaf” İctimai Birliyinin 10 illikfəaliyyəti və 5 il ərzində Bakı Şəhər İcra Hakimiyyəti ilə birgəgörülən işlərin yekunlarına dair videoçarx nümayiş olunub.

Tədbirin sonunda əməkdaşlıq dövründə xüsusi fəallığı ilə seçilənBakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimaiBirliyinin əməkdaşlarına təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə “Regional İnkişaf”İctimai Birliyi arasında qurulmuş bu əməkdaşlıq modeli paytaxtındaha abad, təhlükəsiz və yaşıl şəhərə çevrilməsinə xidmət edir vəgələcəkdə də birgə fəaliyyətin davam etdirilməsi nəzərdətutulur.

​Əməkdaşlıq memorandumu çərçivəsində ötən 5 il ərzində paytaxtdaictimai nəzarətin gücləndirilməsi, şəhər mühitinin qorunması,abadlıq və təmizlik sahəsində ardıcıl və məqsədyönlü tədbirlərhəyata keçirilib. Birgə fəaliyyət nəticəsində şəhərin müxtəlifərazilərində monitorinqlər aparılıb, mövcud problemlər müəyyənolunaraq onların aradan qaldırılması üçün aidiyyəti qurumlarlakoordinasiyalı işlər görülüb.

​Birgə monitorinqlər əsasən küçə və prospektlərdə, yaşayışmassivlərində, eləcə də park və yaşıllıq ərazilərində həyatakeçirilib. Monitorinqlər nəticəsində şəhər infrastrukturununyaxşılaşdırılması, səkilərin və yolların bərpası, park və yaşıllıqsahələrinin qorunması ilə bağlı konkret təkliflər hazırlanıb vəicrası təmin olunub.

​Xüsusilə yaşıllıqların mühafizəsi və bərpası istiqamətindəgörülən işlər çərçivəsində qurumuş və zədələnmiş ağaclar müəyyənedilərək onların əvəzinə yeni ağacların əkilməsi həyata keçirilib.“Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə birgəkeçirilən aksiyalar zamanı 100 mindən çox ağac əkilib və onlaraaqrotexniki qulluq göstərilib.

BŞİH
BŞİH
BŞİH
BŞİH
BŞİH
BŞİH
BŞİH
BŞİH
BŞİH
Seçilən
85
7
az.trend.az

8Mənbələr