AZ

Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında strateji əhəmiyyət kəsb edir - Nazir müavini

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı və Asiya ilə olan ticarətimizin çoxqısa zamanda ümumilikdə 100 milyard dolları ötə biləcəyi mümkündür.Bu iqtisadi arxitektura üzərində Azərbaycan isə özünəməxsus bir yolvə mövqeyə malikdir.

Trend xəbərverir ki, bunu Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcubu gün Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumundadeyib.

"Çinə uzanan Xəzərdən keçən Orta Dəhlizdəki əsas nəqliyyatmarşrutlarında yaşanan çətinlikləri və konjonktural strukturalqeyri-müəyyənlikləri yalnız yaxındakı coğrafiyadan təhlükəsiztranzitlə həll edə biləcəyimizi bilirik.

Qeyd etmək lazımdır ki, Orta Dəhliz, sadəcə siyasi seçim deyil,həm də şimal dəhlizi ilə müqayisədə 2000 km daha səmərəlidir. Eynizamanda, Çin ilə Avropa arasında daşımaların vaxtını əhəmiyyətlidərəcədə azaldır. Bu baxımdan həm siyasi, həm də iqtisadieffektivlik və məhsuldarlıq baxımından kritik əhəmiyyətə malikdir",- nazir müavini bildirib.

Mustafa Tuzcu eyni zamanda Bakı–Tibilisi–Qars dəmir yolu kimixətlərin səmərəliliyinin artırılmasının da vacibliyini vurğulayıb:"Yalnız Orta Dəhliz deyil, dəmir yolu xətlərinin də inkişafı yükpaylanmasının artırılması üçün önəmlidir. Bu xətt Xəzərdən Bakıya,oradan isə Türkiyə vasitəsilə Avropaya keçidi mümkün edəcək".

"Bundan əlavə, Zəngəzur dəhlizi də Orta Dəhliz xəttinineffektivliyini yalnız mövcud bağlantılarla deyil, daha güclü vətamamlayıcı xüsusiyyətlərlə artırır. Orta Dəhlizin təbii vətamamlayıcı bir uzantısı olan Zəngəzur dəhlizi bütün bölgə üçünböyük əhəmiyyət daşıyır. Bu dəhliz yalnız Azərbaycan və Türkiyəarasında deyil, həm də Asiya ilə Avropa arasında strateji əhəmiyyətkəsb edir", - nazir müavini əlavə edib.

Seçilən
37
az.trend.az

1Mənbələr