AZ

“Bavariya"nın yarımmüdafiəçisi Avstriyada ilin futbolçusu seçilib

Bakı, 23 dekabr, AZƏRTAC

Almaniyanın "Bavariya" komandasının avstriyalı yarımmüdafiəçisi Konrad Laymer ölkəsində ilin futbolçusu seçilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avstriya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Yerli klublarının baş məşqçiləri arasında keçirilən səsvermədə 28 yaşlı oyunçu 51 xalla birinci olub. İkinci yeri 2024-cü ildə bu mükafatı alan “Leypsiq”in (Almaniya) yarımmüdafiəçisi Kristof Baumqartner (16 xal) tutub.

Serbiyanın "Srvena Zvezda" komandasının hücumçusu Marko Arnautoviç isə 15 xalla üçüncü yerə layiq görülüb.

Seçilən
98
1
azertag.az

2Mənbələr