AZ

Çin tarixində ən qanlı döyüşlərdən birinə şahidlik edən Çibi döyüş meydanından FOTOREPORTAJ

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Pekin, 23 dekabr, AZƏRTAC

Təxminən 220-280-ci illəri əhatə edən “3 çarlıq” dövrü Çin tarixində önəmli zaman kəsiyi hesab olunur. Bu illər ərzində Çinin 3 çarlığı hakimiyyət uğrunda bir-biri ilə çəkişib və mübarizədə bir neçə qanlı döyüş olub. Həmin döyüşlərdən biri Çibi şəhəri yaxınlığında baş verib.

Çində Han xanədanının süqutundan sonra 220-ci ildə 3 çarlıq və ya “döyüşən çarlıqlar” dövrü başlayıb. Çin tarixinə ən qanlı dövrlərdən biri kimi düşən “Döyüşən çarlıqlar” zamanında Şu, U və Vey çarlıqları bütün Çində hakimiyyət uğrunda bir-biri ilə çəkişiblər. Bu mübarizədə bir neçə qanlı döyüş olub. 208-209-cu ilin qışında baş verən Çibi döyüşündə Şu və U çarlıqlarının birləşmiş ordusu Vey çarlığının ordusuna qalib gəlib. Yantzı çayının sağ sahilində yerləşən ərazi Çin tarixindəki “7 ən böyük döyüş”ün baş verdiyi məkanlardan günümüzədək qorunub saxlanılan yeganə döyüş meydanıdır. Bu döyüş Çin tarixinə az saylı ordunun özündən böyük orduya qalib gəldiyi döyüş kimi düşüb.

Çibi döyüşünün baş verdiyi meydan hazırda açıq hava muzeyi kimi fəaliyyət göstərir. Ən yüksək kateqoriyalı (5A) turizm məkanı hesab olunan muzeydə tarixi Çibi döyüşünü, habelə “3 çarlıq” dövrünü göz önündə canlandıran eksponatlar, maketlər sərgilənir. Tarixi qarşıdurmanın möhtəşəm və gərgin döyüş səhnələrini canlandırmaq üçün burda mütəmadi olaraq tamaşalar, şoular təqdim olunur. Ərazidə pavilyonlar, açıq teatr, cıdır da fəaliyyət göstərir.

AZƏRTAC “Çibi döyüş meydanı” turizm obyektindən fotoreportajı təqdim edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
azertag.az

1Mənbələr