AZ

Rəqəmsal Logistika Platforması gələn ilin sonunadək istifadəyə veriləcək - Nazir müavini

Bakı. Trend:

Rəqəmsal Logistika Platforması gələn ilin sonunadək istifadəyəveriləcək.

Trend xəbərverir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müaviniRəhman Hümmətov bu gün Bakıda keçirilən II Azərbaycan–Türkiyəİnvestisiya Forumunda deyib.

O xatırladıb ki, Rəqəmsal Logistika Platforması iki il idihazırlanırdı:

"Artıq bu gün platforma özü, demək olar ki hazırdır. Növbətiilin əvvəlindən biz platformanın mərhələli şəkildə ilin sonunadəkistifadəyə verəcəyik".

"Bu platforma istər idxal, istərsə də ixrac rejimləri əhatəetməklə, eləcə də bütün növ lisensiya və sertifikatlarımızı əldəetmək üçün 30-dan artıq dövlət qurumunu birləşdirir. Biz bu gün13-dən artıq dövlət qurumu ilə inteqrasiyaları tamamlamışıq və yatamamlamaq üzrəyik", - nazir müavini vurğulayıb.

Seçilən
60
1
az.trend.az

2Mənbələr