AZ

İran ayətullahları Azərbaycana QARŞI – Bu dəfə…

Avropa Parlamentinin Azərbaycandakı vəziyyət və siyasi məhbuslar mövzusunda qəbul etdiyi növbəti qərəzli qətnaməyə İrandan dolayı dəstək gəlib.

İranın tanınmış dindarlarından olan ayətullah Cəfər Sübhani guya Azərbaycanda dindar qadınların həbsdə olduğu, hətta onların aclıq aksiyası keçirdiyi barədə bəyanat yayıb.

Xəbərdə bildirilir ki, Cəfər Sübhani qadınlardan “aclıq aksiyasının dərhal dayandırmağı” xahiş edib. Sübhani hətta Azərbaycan rəsmilərinə müraciət edərək, onları tezliklə azad edilməsini istəyib. 96 yaşlı əyatullahın Azərbaycana bu cür həssas mövzuda diqqəti haqlı suallar doğurur.

Avropa Parlamentinin Azərbaycana qarşı növbəti qərəzli qətnaməsindən dərhal sonra İranın nüfuzlu dini fiqurlarından biri olan ayətullah Cəfər Sübhaninin guya Azərbaycanda “dindar qadınların aclıq aksiyası keçirməsi” ilə bağlı heç bir konkret fakta söykənməyən bəyanatla çıxış etməsini nəyə işarədir?

Bu açıqlama təsadüfi humanitar narahatlıqdır, yoxsa İran daxilindəki bəzi dini-siyasi dairələrin Azərbaycanın daxili işlərinə ideoloji müdaxilə cəhdi və Avropa strukturlarının yaratdığı “anti-Azərbaycan xoru”na şüurlu şəkildə qoşulmaqdır? Bu cür çıxışlar İran–Azərbaycan münasibətlərinə hansı riskləri yarada bilər və rəsmi Bakı buna hansı siyasi-diplomatik çərçivədə cavab verməlidir?

Afsəddin Nəbiyev

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan AMİP sədrinin müavini, politoloq Afsəddin Nəbiyev qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli qətnaməsindən dərhal sonra İranın tanınmış dini fiquru ayətullah Cəfər Sübhaninin heç bir faktla təsdiqlənməyən bəyanat verməsi təsadüfi görünmür: “Bu, daha çox ideoloji müdaxilə cəhdi kimi görünür. Din pərdəsi altında Azərbaycanın daxili işlərinə qarışmaq və ictimai rəy yaratmaq İranın Azərbaycana qarşı xoş niyyətini ifadə etmir. Belə açıqlamalar Avropa strukturlarının “anti-Azərbaycan xoru”na əlavə səs kimi dəyərləndirilə bilər. Azərbaycanda guya dini təzyiqi varmış kimi saxta təsəvvür yaratmaqla Azərbaycanı “gözdən salmaq” heç bir nəticə  verməyəcək.İran–Azərbaycan münasibətlərində gərginlik dini fiqurların siyasi mövqelərdən çıxış etməsi iki ölkə arasında etimadı zəiflətmək məqsədindəb başqa bir şey deyil”.

Politoloqun sözlərinə görə, İran həm də eyni zamanda bəzi dairələr vasitəsilə Azərbaycanda dini-siyasi təsirini gücləndirməyə çalışır. Azərbaycan hökuməti bu cür əsassız bəyanatların ölkənin daxili işlərinə qarışmaq olduğunu açıq şəkildə bildirməlidir: “Azərbaycanda dini azadlıqların qorunduğunu, qadınların hüquqlarının təmin olunduğunu beynəlxalq auditoriyaya  çox gözəl bilir. İranın bu addımları Avropa strukturlarının qərəzli mövqelərinə paralel şəkildə Azərbaycanı təzyiq altında saxlamaq niyyəti  güdür. Bu, din pərdəsi altında ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir və anti-Azərbaycan kampaniyasına qoşulmaqdan başqa bir şey deyil. Azərbaycan dövləti öz vətəndaşlarının hüquqlarını və dini azadlıqlarını tam təmin edir. Biz belə əsassız iddiaları qətiyyətlə rədd edir və bütün tərəflərə bildiririk ki, Azərbaycanın daxili işlərinə qarışmaq yolverilməzdir.”

Seçilən
62
1
nocomment.az

2Mənbələr