AZ

Fuad Muradov azadlığa buraxılıb?

"Qazaxlı Alik" ləqəbi ilə tanınan Birinci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Arif Muradovun oğlu Fuad Muradovun azadlığa çıxdığı bildirilir.

 

Pravda.az məlumatı dəqiqləşdirmək üçün Qazaxlı Aliklə əlaqə saxlayıb.

 

O, yayılan məlumatların yalan olduğunu deyib: “Qərar Fuada aid deyil. Yalandan yayırlar, dilə-dişə salmaq üçün...”

 

Xatırlatma: F. Muradov 2023-cü ilin oktyabr ayında saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib. Ona və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham elan olunub. Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş qismində tanınıb. Gəncə Ağır Cinayətlər Məhkəmsinin hökmünə əsasən, təqsirləndirilən F. Muradov 6 il 6 ay, Ramil Paşşanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

 

Aytəkin Qardaşova

Tarix: 23 Dekabr 2025, 13:47   
Seçilən
21
6
pravda.az

7Mənbələr