AZ

Nazir müavini: Zəngəzur Dəhlizi bütün region tərəfindən gözlənilir

Orta Dəhlizin təbii və tamamlayıcı davamı kimi Zəngəzur Dəhlizi bütün region tərəfindən gözlənilir.

"APA-Economics" xəbər verir ki, bunu Türkiyə ticarət nazirinin müavini Mustafa Tuzcu II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

O bildirib ki, bu dəhliz təkcə Türkiyə ilə Azərbaycan arasında deyil, Asiya ilə Avropa arasında da tədarük zəncirlərini birləşdirən kritik əhəmiyyət daşıyır.

"Avqust ayında Qarsda keçirilən açılışdan sonra Qars–Naxçıvan dəmir yolu layihəsinin icrası Zəngəzur Dəhlizinin effektivliyini daha da artıracaq", – deyə nazir müavini qeyd edib.

Seçilən
11
apa.az

1Mənbələr