ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
“Türkiyədə tətbiqi nəzərdə tutulan 3 illik bakalavr modeli Azərbaycan üçün tam qeyri-real deyil, lakin qısa müddətdə həyata keçirilməsi çətindir”.Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Əli Əhmədov bildirib.O deyib ki, Azərbaycanda ali təhsil sistemi hələ də əsasən 4 illik model üzərində qurulub və tədris proqramları bu müddətə uyğunlaşdırılıb:“Belə bir keçid üçün ilk növbədə qanunvericilik bazası yenilənməli, kredit sistemi daha çevik hala gətirilməlidir. Digər vacib məsələ müəllim heyətinin və universitetlərin akademik hazırlıq səviyyəsidir.Türkiyədə bu model yalnız yüksək göstəriciləri olan tələbələr üçün nəzərdə tutulur və geniş tətbiq edilmir. Azərbaycanda da bu yanaşma yalnız pilot layihə kimi, seçilmiş universitet və ixtisaslarda sınaqdan keçirilə bilər. Əks halda təhsilin keyfiyyətinin aşağı düşməsi riski yaranar. Düzgün planlaşdırma ilə uzunmüddətli perspektivdə bu model müzakirə predmeti ola bilər”.Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.