AZ

“Bu dəyişiklik qiymətləri endirməyəcək” “Bu, real deyil, çünki...”

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən 2026-cı ildən etibarən pərakəndə ticarət və əhaliyə xidmət sahələrində ƏDV qeydiyyat limiti iki dəfə artırılaraq 200 min manatdan 400 min manata çatdırılacaq.

Bu dəyişiklik POS-terminal vasitəsilə aparılan nağdsız ödənişlərin nəzərə alınması hesabına sahibkarlara əlavə imkanlar yaradır.

Belə ki, sahibkar nağdsız əməliyyatların payını artırmaqla faktiki olaraq əlavə 200 min manatlıq dövriyyəni ƏDV yükündən kənarda saxlaya biləcək.

İqtisadçı Elədniz Əmirov bildirir ki, bəziləri bu güzəştin avtomatik olaraq qiymətlərin enməsinə səbəb olacağını düşünə bilər, lakin bu, real deyil. O vurğulayıb ki, qiymətlərin formalaşmasına təkcə vergi deyil, bir neçə əsas amil təsir göstərir və vergi onların yalnız biridir.

İqtisadçının sözlərinə görə, ƏDV limitinin artırılması birbaşa ucuzlaşma yaratmasa da, qiymətlərin nisbətən sabit saxlanılmasına və qarşıdakı dövrdə qiymət artım tempinin azalmasına müsbət təsir göstərə bilər. Onun fikrincə, bu güzəşt müəyyən sektorlar üzrə qiymət artımlarının gecikdirilməsi üçün kompensasiya mexanizmi rolunu oynaya bilər.

E.Əmirov əlavə edib ki, dəyişiklik eyni zamanda nağdsız ödənişləri daha da təşviq edəcək, dövriyyələrin şəffaflaşmasına və iqtisadiyyatın “ağardılmasına” xidmət göstərəcək. Bu da istehlakçıların tez-tez rastlaşdığı “POS-terminal işləmir” kimi bəhanələrin azalmasına səbəb ola bilər.

İqtisadçı xüsusilə vurğulayıb ki, uzun illərdir dəyişməz qalan 200 min manatlıq ƏDV qeydiyyat limitinin nəhayət ki, artırılması mühüm addımdır. Onun fikrincə, limitin iki dəfə yüksəldilməsi 2026-cı ilin müsbət iqtisadi qərarlarından biridir və şəffaf, vicdanla fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün olduqca əhəmiyyətlidir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
5
azpolitika.info

7Mənbələr