Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Bakıda keçirilən Azərbaycan–Türkiyə Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclası yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə qardaş ölkələr və müttəfiq dövlətlər olaraq qarşılıqlı əlaqələrin gücləndirilməsini əsas hədəflərdən biri kimi müəyyən ediblər". Bunu Demokrat.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. O, bildirib ki, iki ölkənin məqsədi ticarət dövriyyəsini artırmaq və iqtisadi imkanları genişləndirməkdir və bu proses artıq uğurla davam edir:"Xatırladaq ki, Azərbaycan və Türkiyə Şuşa bəyannaməsini imzalamaqla tarixi bir mərhələyə qədəm qoyub və önəmli nəticələr əldə ediblər. İndi isə növbəti hədəf iqtisadi əlaqələrin daha da yüksəldilməsi və ticarət dövriyyəsinin artırılmasıdır".Ekspert bildirib ki, bu istiqamətdə böyük potensial mövcuddur və iki ölkə həmin potensialı dəyərləndirərək qarşıya qoyulan hədəflərə çatmağa çalışır:"İqtisadi əlaqələrin inkişafı üçün hazırlanmış 110 maddəlik fəaliyyət planının təsdiqlənməsi ciddi nəticələrə gətirib çıxaracaq. Bu həm də Azərbaycan və Türkiyənin geosiyasi mövqeyinə müsbət təsir göstərəcək".Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.